Cəmiyyət
Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq" - VİDEO
Xocavənddə həyat yenidən canlanır. Doğma yurdlarına qayıdan sakinlər Baku TV-yə müsahibələrində yaradılan şəraitdən məmnunluqlarını ifadə edərək bütün zəruri imkanlarla təmin olunduqlarını bildiriblər.
"Hər iki qızıma mənzil verilib, bütün lazımi şərait yaradılıb", - deyə sakinlərdən biri qeyd edib. Digər sakin isə artıq üç aydır Xocavənddə yaşadıqlarını bildirərək doğma yurda qayıtmağın sevincini bölüşüb: "Üç aydır burada yaşayırıq, şəraitimiz çox yaxşıdır. Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq. 44 günlük Vətən müharibəsinin iştirakçısıyam və torpaqlarımıza qayıtmağımızla qürur duyuram".

Mənbə
oxu.az