Cəmiyyət
Sumqayıt şəhərinə güclü DOLU YAĞIR - VİDEO
Hazırda Sumqayıt şəhərində xırda dənəli dolu qeydə alınır. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 15:20 məlumatında qeyd olunub. Bildirilib ki, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində prosesin qısamüddətdə yayılması ehtimalı var. Sumqayıt şəhərində hazırda hava şəraitinin kəskin dəyişdiyi və güclü dolu yağdığı bildirilir. Bu barədə Oxu.Az-ın "qaynar xətt"inə məlumat daxil olub. "Müşahidə olunan dolun nəqliyyatın hərəkətində çətinliklər yaradır", - deyə məlumatda bildirilir. Şəhərdən çəkilmiş görüntüləri təqdim edirik:
Mənbə
oxu.az