Cəmiyyət
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA
Hazırda Bakıda, Abşeron yarımadasında və Sumqayıtda davam edən qeyri-sabit hava şəraiti axşam saatlarına doğru tədricən kəsiləcək. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, axşam saatlarında artıq yağıntılar kəsəcək. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mənbə
oxu.az