Cəmiyyət
Xətai rayonunda yol çöküb, təhlükəli vəziyyət yaranıb - VİDEO
Paytaxtın Xətai rayonu, Qaçaq Nəbi küçəsində yolun çökməsi və bu vəziyyətdə qalması sakinlərin narahatlığına səbəb olub. Bu barədə Oxu.Az-ın qaynar xəttinə şikayət daxil olub. Qeyd olunub ki, bir həftədən artıqdır Qaçaq Nəbi 9C ünvanında "Azəristiliktəchizat" ASC tərəfindən yolun bir istiqaməti bağlansa da ərazidə heç bir iş görülmür. "Nəticədə ikizolaqlı yolda nəqliyyatın hərəkəti xeyli çətinləşib. Xüsusilə pik saatlarda ciddi tıxaclara səbəb olur, eyni zamanda tez-tez qəza şəraiti yaranır", - deyə şikayətdə bildirilir.
Oxu.Az-ın sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən bildirilib ki, ərazidə araşdırma aparılır. "Çökmə baş verən ərazi ilə bağlı müvafiq dövlət qurumları ilə razılaşdırılmalar aparılır ki, sözügedən əraziyə su haradan dolub və nə qədər ərazini əhatə edir. Bununla əlaqədar ərazidən keçən xətlər yoxlanılır. Daha sonra şəhər icra hakimiyyəti, Bakı Şəhər Yol Polisi İdarəsi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən icazə, yəni texniki şərt alındıqdan sonra işlərə başlanacaq", - deyə məlumatda bildirilir.

Mənbə
oxu.az