Cəmiyyət

Vüsal Cahangiri: "Azərbaycanlı zəvvarlar həccin vacib əməllərinə davam edirlər" - FOTO

26 May 2026, 14:52 1 baxış
Vüsal Cahangiri: "Azərbaycanlı zəvvarlar həccin vacib əməllərinə davam edirlər" - FOTO
"Bu gün Qəməri (Ay) təqvimində zil-hiccə ayının 9-cu günü islam dünyasında Ərafat günü kimi qeyd olunur. Bir az əvvəl dünyanın müxtəlif yerlərindən gələn milyondan çox zəvvar hazırda eyni adı daşıyan çöldə, Rəhmət dağının ətəklərində günorta namazlarını birləşdirib qıldı". Bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
QMİ rəsmisinin sözlərinə görə, günorta namazından sonra əsas ibadət başlayacaq: "Azərbaycanlı zəvvarlar da avtobuslarla xüsusi çadır məntəqəyə daşınıblar. Günorta xütbə verildi, namazlar qılındı və axşam namazına qədər zəvvarlar dua edəcəklər. Ərafat günü bura yetişməyən zəvvarın həcci olmaz, yəni həcc məhz buradan başlayır. Axşam namazından sonra zəvvarlar Müzdəlifədə gecələyib, sabah səhər Camarata daş atmağa gedəcəklər, qurban kəsib, saçlarını qırxıb, təvaf və səy edərək ehramdan çıxacaqlar". Bildirək ki, bu il həcc ziyarətində azərbaycanlı zəvvarlar üçün kvota 1 150 yer təşkil edib, bir nəfər zəvvar üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən olunub. Xatırladaq ki, mayın 27-də və 28-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.
{{gallery}}
Vüsal Cahangiri: "Azərbaycanlı zəvvarlar həccin vacib əməllərinə davam edirlər" - FOTO Vüsal Cahangiri: "Azərbaycanlı zəvvarlar həccin vacib əməllərinə davam edirlər" - FOTO Vüsal Cahangiri: "Azərbaycanlı zəvvarlar həccin vacib əməllərinə davam edirlər" - FOTO Vüsal Cahangiri: "Azərbaycanlı zəvvarlar həccin vacib əməllərinə davam edirlər" - FOTO Vüsal Cahangiri: "Azərbaycanlı zəvvarlar həccin vacib əməllərinə davam edirlər" - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər