Cəmiyyət

Bayramov Rusiyaya gedəcək - Səfər tarixi...

26 May 2026, 14:06 13 baxış
Bayramov Rusiyaya gedəcək - Səfər tarixi...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ilin iyulunda Rusiyaya səfər edə bilər.


Axar.az xəbər verir ki, bu barədə Report-a Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov məlumat verib.


"Hazırda Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Moskvaya səfər tarixi razılaşdırılır. Hər iki nazir - həm Bayramov, həm də Sergey Lavrov son dərəcə sıx iş qrafikinə malikdir, bununla əlaqədar səfər, çox güman ki, iyulda baş tutacaq. Hazırda konkret tarix dəqiqləşdirilir", - diplomat qeyd edib.


M.Yevdokimov vurğulayıb ki, sentyabrda Azərbaycanda Beynəlxalq Müdafiə Sərgisinin (ADEX) keçirilməsi planlaşdırılır və Rusiya müdafiə nazirinin bu sərgidə iştirakı mümkündür.


Xatırladaq ki, 2026-cı il sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər