Cəmiyyət

Fariz İsmayılzadə: "Qarabağa qayıdış üçün etibarlı məlumatlara ehtiyac var"

21 May 2026, 14:08 3 baxış
Fariz İsmayılzadə: "Qarabağa qayıdış üçün etibarlı məlumatlara ehtiyac var"
"Tədqiqat və araşdırmalar apararkən qarşılaşdığımız ən böyük çətinliklərdən biri etibarlı məlumatların əldə edilməsidir". Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Akademiya və tədqiqat" adlı dəyirmi masada deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri həyata keçirilir: "Yeni şəhər və kəndlər salınır. Ən vacib məsələlərdən biri insanların öz doğma yurdlarına təhlükəsiz və dayanıqlı şəkildə qayıdışının təmin edilməsidir. Bunun üçün həmin insanların iqtisadi fəaliyyəti, ailə strukturu, peşə və təhsil bacarıqları, eləcə də sosial vəziyyəti barədə etibarlı məlumatlara ehtiyac var. Hazırda Azərbaycan hökuməti təxminən 80 min keçmiş məcburi köçkünün bu ərazilərə qayıdışını təmin edib. Bu insanlar artıq orada yaşayır, təhsil alır və çalışırlar. İşğal dövründə şəhər və kəndlərin böyük hissəsi dağıdıldığı üçün tamamilə yeni icmalar formalaşdırılır".
Mənbə oxu.az

Oxşar Xəbərlər