Cəmiyyət
Bakı-Tbilisi qatarının sərnişinləri limitsiz internetlə təmin ediləcək
"Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlarda sərnişinlər limitsiz internetlə təmin ediləcəklər". Oxu.Az-ın məlumatın görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib. O bildirib ki, qatarlarda bu məqsədlə xüsusi Wi-Fi quraşdırılacaq: "Qatarların bütün vaqonlarında komfort, komfort+ və lüks vaqonların hər birində internetdən istifadə mümkün olacaq. Sərnişinlərin yolboyu internetdən fasiləsiz istifadəsi təmin ediləcək".
Mənbə
oxu.az