Cəmiyyət

Bakıdan Naxçıvana uçuşlar yenidən TƏXİRƏ SALINDI

21 May 2026, 12:32 5 baxış
Bakıdan Naxçıvana uçuşlar yenidən TƏXİRƏ SALINDI
Azərbaycan Hava Yolları (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb. Oxu.Az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Sərnişinlərin təhlükəsizliyi əsas götürülərək bütün zəruri tədbirlər görülür. Hava şəraiti sabitləşdikdən sonra reyslərin əvvəlki qaydada icrasına davam ediləcək. Qeyd edək ki, bir neçə gün öncə də Naxçıvana reyslər təxirə salınmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər