Cəmiyyət

Prezident onları təltif etdi

20 May 2026, 13:44 5 baxış
Prezident onları təltif etdi

Azərbaycan Prezidenti İlham Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.


Axar.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Azərbaycan metrologiya sahəsinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə aşağıdakı şəxslər təltif ediliblər:


Bayramov Elnur Üzeyir oğlu


Bayramov Rasim Əhməd oğlu


Əzizov Əziz Məhəmməd oğlu


Həsənov Ramiz Qaroğlan oğlu


Qurbanov Azər Tengiz oğlu


Musayeva Şəhla Ziyəddin qızı


Osmanov Çingiz Məsim oğlu


Şirinov Namiq Paşa oğlu


Şirinova Mehriban Ramiz qızı.

Mənbə axar.az

Oxşar Xəbərlər