Dünya
Vladimir Putin və Si Cinpin Pekində görüşdülər - VİDEO
Çin sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin Pekində görüşüblər. Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir. Məlumata görə, Cinpin Putini Tyanyanmen meydanında qarşılayıb və liderlər əl sıxışıblar. Həmçinin Rusiya liderini hərbi qarovul və orkestr qarşılayıb. Meydan qırmızı xalça ilə döşənib.
Görüş zamanı Putin Cinpini 2027-ci ildə Rusiyanı ziyarət etməyə dəvət edib və onu əziz dostu adlandırıb. Vladimir Putin Rusiya-Çin danışıqlarının məzmun baxımından əhəmiyyətli olduğunu, dialoqun etimad əsasında aparıldığını bildirib. "İndicə (Çin sədri Si Cinpinlə) ənənəvi dostluq və etimad şəraitində ikitərəfli əməkdaşlığın vacib məsələləri üzrə məhdud formatda məzmunlu danışıqlar apardıq. İndi isə onları daha geniş formatda müzakirə edəcəyik", - deyə Rusiya lideri qeyd edib.

Mənbə
oxu.az