Dünya

Moskvalı 14 yaşlı qız ilyarım hamını aldatdı: Həqiqət üzə çıxdı

20 May 2026, 01:48 3 baxış
Moskvalı 14 yaşlı qız ilyarım hamını aldatdı: Həqiqət üzə çıxdı
Moskvalı 14 yaşlı qız ilyarım ərzində ölümcül xəstə rolunu oynayıb. Məktəbli dərslərə getməmək məqsədilə özünə xəsarət yetirərək ətrafı qana bulayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, ana qızında müxtəlif nahiyələrdən - burun, qulaq və uşaqlıqdan qanaxmalar müşahidə edib. Valideynlər dəfələrlə həkimlərə müraciət ediblər. Aparılan çoxsaylı müayinələrdən sonra isə mütəxəssislər qızın orqanizmində ciddi problem aşkarlamayıblar. Bir müddət sonra valideynlər diqqətçəkən məqamı müəyyən ediblər: tutmalar yalnız tədris ili dövründə baş verib. Tətil başlayan kimi isə "xəstəlik əlamətləri" tamamilə yoxa çıxıb. Nəticədə məlum olub ki, məktəbli dərslərə getmək istəmədiyi üçün qəsdən özünə xəsarət yetirirmiş. Həkimlər qızda Münhauzen sindromundan şübhələniblər. Bu sindrom zamanı insan diqqət və qayğı görmək məqsədilə bilərəkdən özündə xəstəlik əlamətləri yaradır və ya uydurur. Məlumata görə, şagird məktəbdən xaric edilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər