Dünya
İranda HHM sınağı zamanı mərmi yaşayış massivinə düşüb: Yaralılar var
İranın Xuzistan əyalətində hava hücumundan müdafiə (HHM) sisteminin sınaqları zamanı mərmilərdən biri Əndimeşk şəhərində yerləşən yaşayış massivinə düşüb. Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, hadisə nəticəsində dörd mülki şəxs xəsarət alıb. Əyalət valisinin təhlükəsizlik məsələləri üzrə müavini Vəliyullah Həyati bildirib ki, yaralıların vəziyyəti stabildir və onların hamısı tibb müəssisələrinə yerləşdirilib. Onun sözlərinə görə, silahlı qüvvələrin və əyalət rəhbərliyinin operativ müdaxiləsi nəticəsində vəziyyət tam nəzarət altına alınıb və əhali arasında təşviş müşahidə olunmur.
Mənbə
oxu.az