Dünya

Minabdakı faciə ilə bağlı CENTCOM-dan yeni açıqlama

20 May 2026, 02:00 2 baxış
Minabdakı faciə ilə bağlı CENTCOM-dan yeni açıqlama
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper Konqresdə çıxışı zamanı Minab şəhərindəki qızlar məktəbinə endirilən zərbə ilə bağlı araşdırmanı "mürəkkəb" adlandırıb. Onun sözlərinə görə, məktəb İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qanadlı raketlərinin yerləşdirildiyi obyektin ərazisində yerləşib. Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Konqresmenlərdən biri Kuperdən ABŞ-nin məktəbə endirilən zərbəni öz səhvi kimi etiraf etməyə hazır olub-olmadığını soruşub. "Araşdırma davam edir. Bu, mürəkkəb araşdırmadır. Məktəbin özü İslam İnqilabı Keşikçiləri Korpusunun qanadlı raketlərin saxlanıldığı və fəaliyyət göstərən bazasında yerləşirdi", - deyə o bildirib. Minab şəhərində yerləşən "Şəcərəyi-Təyyibə" qızlar məktəbinə "Tomahawk" raketləri ilə zərbə fevralın 28-də - ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatının ilk günü endirilib. İran tərəfinin təqdim etdiyi məlumata görə, hücum nəticəsində 168 nəfər həlak olub. Mart ayında "The New York Times" anonim amerikalı rəsmilərə istinadən yazmışdı ki, ilkin araşdırma zərbəyə görə məsuliyyətin ABŞ hərbçilərinin üzərinə düşdüyünü göstərib. Qəzetin mənbələrinin sözlərinə görə, buna köhnəlmiş kəşfiyyat məlumatlarından istifadə səbəb olub. Belə ki, hərbçilər əvvəllər məktəbin də daxil olduğu İran hərbi bazasını vurmağı planlaşdırıblar. Həmin ay BMT də insidentlə bağlı araşdırmaya başlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər