Dünya

Dünyaca məşhur şirkətin qurucusunun oğlu atasının qətlində şübhəli bilinərək saxlanıldı

19 May 2026, 18:20 11 baxış
Dünyaca məşhur şirkətin qurucusunun oğlu atasının qətlində şübhəli bilinərək saxlanıldı
İspaniyanın məşhur "Mango" geyim və pərakəndə satış brendinin yaradıcısı, 2024-cü ildə ölən İsak Andiçin oğlu Conatan Andiç saxlanılıb. Bu fakt Kataloniya hüquq-mühafizə orqanları tərəfindən rəsmən təsdiqlənib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. "La Vanguardia" nəşrinin yaydığı məlumata əsasən, Conatan Andiçə qətl ittihamı irəli sürülüb. O, atasının ölümündə iştirakını davamlı olaraq rədd edərək, hadisənin bədbəxt təsadüf olduğunu bildirib. Hazırda şübhəli şəxs ifadə vermək məqsədilə məhkəməyə aparılıb. İspaniyanın ən zəngin şəxslərindən sayılan iş adamı 2024-cü ilin dekabrında 72 yaşında dağda baş verən insident nəticəsində həyatını itirib. O, hündürlükdən yıxılaraq ölmüşdü. İlkin mərhələdə cinayət işinə xitam verilsə də, sonradan Kataloniya istintaq məhkəməsi "Mango" rəhbərinin ölüm səbəblərini yenidən araşdırmaq qərarına gəlib. Yerli mətbuatın yazdığına görə, buna səbəb Andiçin oğlunun verdiyi ifadələrdəki ziddiyyətlər olub. "Mango" mağazalar şəbəkəsinin əsası 1984-cü ildə Kataloniya muxtariyyətində türk kökənli sahibkar İsak Andiç tərəfindən qoyulub. "Forbes" jurnalının reytinqinə əsasən, o, İspaniyanın ən zəngin beşinci adamı hesab edilirdi. Qlobal miqyasda "Mango" brendinin 2900-ə yaxın mağazası fəaliyyət göstərir. Şirkət 2024-cü maliyyə ilini rekord göstərici ilə yekunlaşdıraraq, satış həcmini 3.3 milyard avrodan yuxarıya çatdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər