Dünya

Moskvada tanınmış nəşrin redaksiyasına hücum olub - VİDEO

19 May 2026, 18:56 14 baxış
Moskvada tanınmış nəşrin redaksiyasına hücum olub - VİDEO
Rusiya paytaxtı Moskvada tanınmış "Moskovskiy Komsomolets" ("MK") nəşrinin redaksiyasının yerləşdiyi binaya hücum olub. Bu barədə Oxu.Az Gazeta.ru "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, kuvaltla silahlanmış şəxslər şəhərin mərkəzində yerləşən redaksiyasına soxulmağa çalışıblar. Onlar özlərini kobud aparıblar, qapıları və redaksiyanın girişindəki turniketləri sındırmaqla hədələyiblər və şəxsiyyətlərini təsdiq edən sənədləri göstərməkdən imtina ediblər. Naməlum şəxslər üzlərini balaklavaların (sifətin bir qismini örtən baş geyimi - red.) altında gizlədiblər və kamuflyaj geyimdə olublar.
"MK"nın baş redaktoru Pavel Qusev onların qarşısına çıxıb, lakin həmin şəxslər danışmaqdan imtina ediblər. Daha sonra hücum edənlər binanın üçüncü mərtəbəsinə qalxıblar. "Onlar redaksiya binasına - üçüncü mərtəbəyə soxuldular, orda hər yeri dağıtdılar. Orada bizim icarəçilərimiz var. Mərtəbə qapadılıb, liftlər, qapılar hamısı tam şəkildə bloklanıb", - deyə Qusev bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər