Cəmiyyət

Azərbaycanda əhalinin sayında ARTIM VAR

19 May 2026, 16:30 3 baxış
Azərbaycanda əhalinin sayında ARTIM VAR
Azərbaycanda əhalinin sayı artıb. Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 5814 nəfər və ya 0.1 faiz artaraq, 2026-cı il aprelin 1-i vəziyyətinə 10 milyon 268 min 165-ə çatıb. Bildirilib ki, ölkə əhalisinin 54.3 faizini şəhər, 45.7 faizini isə kənd sakinləri təşkil edir. Statistikaya əsasən, əhalinin 49.8 faizi kişilərdən, 50.2 faizi isə qadınlardan ibarətdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər