Cəmiyyət
Qarabağ Universitetinin Turizm fakültəsinin köçürüləcəyi bina 4.5 milyona təmir ediləcək
Şuşa şəhər Kollecinin binasının əsaslı təmiri və bərpası üçün işlərə başlanılacaq. Oxu.Az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bununla bağlı işlərə start verib. Bildirilib ki, qurum layihə çərçivəsində görüləcək işlər müqabilində ümumilikdə 4 milyon 585 min 434 manat ödəyəcək. Qeyd edək ki, sözügedən binada Qarabağ Universitetinin Turizm fakültəsinin tədrisi planlaşdırılır.
Mənbə
oxu.az