Dünya

Çində güclü daşqınlar nəticəsində 10 nəfər öldü

19 May 2026, 14:48 8 baxış
Çində güclü daşqınlar nəticəsində 10 nəfər öldü
Çin Xalq Respublikasının mərkəzi və cənub ərazilərində davam edən şiddətli leysan ağır daşqınlara yol açıb və nəticədə 10 nəfər həyatını itirib. Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən məlumat verir. "Çinin cənub və mərkəzi bölgələrində aramsız yağıntılar irimiqyaslı sel fəlakəti ilə nəticələnib, ən azı 10 nəfərin ölümünə səbəb olub. Həmçinin təhsil müəssisələrinin və iş yerlərinin fəaliyyəti dayandırılıb, elektrik enerjisinin verilişində və nəqliyyatın hərəkətində ciddi fasilələr yaranıb", - məlumatda deyilir. Çin Meteorologiya İdarəsinin açıqlamasına əsasən, fırtınadan ən çox zərər görən bölgələr Cianqşi, Anhui, Hunan, Hubey, Quanqşi, Quanqdonq və Haynan əyalətləridir. Quanqşi rəhbərliyi dörd mindən artıq vətəndaş üçün 99 fərqli nöqtədə sığınacaq təşkil edib, eyni zamanda, yeddi minə yaxın şəxs təhlükəsiz ərazilərə təxliyə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər