Cəmiyyət

17 may imtahanının nəticələri ləğv olunacaq? - DİM-dən AÇIQLAMA

19 May 2026, 12:43 5 baxış
17 may imtahanının nəticələri ləğv olunacaq? - DİM-dən AÇIQLAMA
Əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində magistraturaya qəbul imtahanının ikinci cəhdi 14 iyun 2026-cı il tarixində təkrar keçiriləcək. Oxu.Az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. Məlumata görə, 17 may imtahanının nəticələri ləğv olunmayacaq, qüvvədə qalacaq. Qeyd edilib ki, bakalavrlar ixtisas seçimi zamanı 15.02.2026 tarixli I cəhd, 17.05.2026 tarixli II cəhd və 14.06.2026 tarixli təkrar imtahanda əldə etdikləri ən yüksək nəticədən istifadə etməlidirlər. Xatırladaq ki, imtahanda iştirak etmək istəyən bakalavrlar 21-23 may tarixlərində DİM-in saytında yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər