Cəmiyyət

Bakıdan Tiflisə qatarla neçəyə getmək mümkün olacaq?

19 May 2026, 12:33 6 baxış
Bakıdan Tiflisə qatarla neçəyə getmək mümkün olacaq?

Xəbər verdiyimiz kimi, 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tiflis-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə İqtisadiyyat Nazirliyi rəsmi məlumat yayıb.


Bu məlumatların yayılması fonunda qiymətlərin necə olacağı əhali arasında maraq doğurub.


Axar.az xəbər verir ki, ADY-dən Bakupost.az-a qiymətlərin hələ müəyyənləşmədiyi bildirilib.


Bakı-Tiflis qatarının sonuncu dəfə 6 il bundan əvvəl işlək olduğunu nəzərə aldıqda, marşrut üzrə qiymətləri xatırlamaq yerinə düşər.


Belə ki, sonuncu dəfə Bakı-Tiflis qatarının qiymətləri aşağıdakı kimi olub:


Plaskart - təxminən 24.54 AZN


Kupe - təxminən 35.32 AZN


SV (lüks) - təxminən 58.43 AZN


Bu tariflər 2017-ci ildə endirimdən sonra tətbiq olunmuşdu. Hazırda qiymətlərin necə formalaşacağı ilə bağlı isə Bakı-Qazax qatar biletlərinin qiyməti ilə müqayisə apararaq, 10-20 AZN baha ola biləcəyini demək mümkündür.


2019-cu ildə Bakı-Ağstafa istiqamətində işləyən köhnə sürət qatarında bilet qiymətləri kupe üçün 14 AZN, SV (lüks) - 25 AZN idisə hazırda standart 16-18 AZN, standart+ sinfi 20-24 AZN,


Biznes sinfi 33-38 AZN, birinci sinif isə 45-55 AZN təşkil edir.

Mənbə axar.az

Oxşar Xəbərlər