Dünya
İlon Mask: "Gələcəkdə səfərlərin 90%-ni süni intellektə malik avtomobillər həyata keçirəcək"
Amerikalı iş adamı və milyarder İlon Mask yaxın vaxtlarda ABŞ-də tam avtonom, sürücüsüz avtomobillərin istifadəsinin ciddi şəkildə genişlənə biləcəyini bəyan edib. Oxu.Az xəbər verir ki, "Reuters" agentliyi onun açıqlamasına istinadən məlumat yayıb. İsraildə keçirilən "Smart Mobility Summit" tədbirində videoəlaqə vasitəsilə çıxış edən Mask qeyd edib ki, Texas ştatının üç şəhərində artıq təhlükəsizlik operatoru olmayan pilotsuz avtomobillər fəaliyyət göstərir. Onun sözlərinə görə, bu il ərzində sözügedən texnologiyanın ABŞ-nin daha geniş bazarına daxil olması mümkündür. O, həmçinin yaxın illərdə avtonom nəqliyyat sahəsinin inkişafının çox sürətli olacağını diqqətə çatdırıb. "Beş ildən və şübhəsiz ki, on ildən sonra bütün səfərlərin təxminən 90%-i süni intellektə malik avtomobillər tərəfindən həyata keçiriləcək", - deyə Mask bildirib. Milyarder, həmçinin əlavə edib ki, avtomobilin insan tərəfindən idarə edilməsi gələcəkdə olduqca nadir rast gəlinən bir məşğuliyyətə çevrilə bilər.
Mənbə
oxu.az