Dünya
Hindistanda fil turist qadının ölümünə səbəb olub - VİDEO
Hindistanın Karnataka ştatındakı safari parklarının birində bədbəxt hadisə nəticəsində qadın turist həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə "The Indian Express" qəzeti məlumat yayıb. Məlumata görə, parkın ziyarətçiləri fillərin çimizdirilməsi prosesini izləyiblər. Bu zaman iki erkək fil arasında qəfildən dava düşüb. Heyvanlardan biri qaçaraq digərini bərk itələyib.
Nəticədə tarazlığını itirən nəhəng heyvan orada olan 33 yaşlı turistin üzərinə yıxılaraq onu əzib. Ağır xəsarətlər alan qadın hadisə yerindəcə həyatını itirib. Nəşrin yazdığına görə, yerli rəsmilər hadisə ilə bağlı geniş araşdırma aparılmasını və gələcəkdə analoji halların qarşısının alınması üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tapşırıblar.

Mənbə
oxu.az