Dünya

Cəsədin üzərində 25 il yaşadı: ABŞ-də səs-küylü qətlin üstü açıldı

19 May 2026, 03:46 3 baxış
Cəsədin üzərində 25 il yaşadı: ABŞ-də səs-küylü qətlin üstü açıldı
ABŞ-də 25 il əvvəl keçmiş sevgilisini qətlə yetirməkdə təqsirləndirilən şəxs 40 il müddətinə azadlıqdan məhrum edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Məlumata görə, o, qadını öldürdükdən sonra cəsədini yataq otağının döşəməsinin altında gizlədib. Bildirilir ki, 34 yaşlı Kimberli Lenqvel 1999-cu ilin iyulunda Texas ştatının Bomont şəhərində itkin düşüb. İşdən qayıtmayan qadının avtomobili sonradan bir aptekin dayanacağında tapılıb. Nəqliyyat vasitəsinin içində qadının mobil telefonu qalsa da, açarları və çantası tapılmayıb. Sonradan istintaq orqanları Lenqvelin sabiq sevgilisi Terri Rouzun izinə düşüblər. Rouzun tanışlarından biri hüquq-mühafizə orqanlarına ifadəsində bildirib ki, o, qətli etiraf edib və qadının başının arxasından atəş açdığını söyləyib. Qətlə yetirilən qadının qalıqları yalnız 2024-cü ilin iyununda məhkumun evində aşkarlanıb. Rouz cinayətini boynuna alıb. Məhkəmənin qərarına əsasən, o, vaxtından əvvəl şərti azadlığa buraxılma hüququ əldə etmək üçün təyin olunmuş cəza müddətinin ən azı yarısını həbsxanada çəkməlidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər