Dünya

"Qiyamət radiosu" yeni mesaj verdi

19 May 2026, 02:36 2 baxış
"Qiyamət radiosu" yeni mesaj verdi
"Qiyamət radiosu" kimi tanınan qısadalğalı radiostansiyada "Bundot" sözündən ibarət yeni sirli mesaj yayımlanıb. Oxu.Az xəbər verir ki, bu barədə stansiyanın fəaliyyətini izləyən rəsmi "Telegram" kanallarında məlumat yerləşdirilib. Sözügedən elan mayın 18-də səhər saatlarında paylaşılsa da, mesajın mənası ilə bağlı heç bir əlavə şərh və ya izahat verilməyib. Bu sirli mesajın yayılması Belarus ərazisində keçirilən taktiki nüvə təlimləri ilə eyni vaxta təsadüf edib. Belə ki, mayın 18-də həmin ölkədə qeyri-strateji nüvə silahının tətbiqi üzrə məsul olan hərbi bölmələr manevrlərə start verib. Təlimlərin əsas məqsədi hərbçilərin real döyüş şəraitində fəaliyyətə hazırlıq səviyyəsini yoxlamaqdan ibarətdir. Eyni zamanda, bu hərbi manevrlərin hər hansı üçüncü dövlətə qarşı yönəlmədiyi xüsusi olaraq vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər