Dünya
İlon Maskın "OpenAI"yə qarşı təzminat iddiası rədd edildi
ABŞ məhkəməsi iş adamı İlon Maskın "OpenAI" şirkətinə və onun həmtəsisçiləri Sem Altman ilə Qreq Brokmana qarşı qaldırdığı iddianı rədd edib. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Qərar qaldırılan iddianın üç illik iddia müddəti başa çatdıqdan sonra təqdim olunması ilə əsaslandırılıb. İlon Mask 2024-cü ildə məhkəməyə müraciətində "OpenAI" kommersiya qurumuna çevrildikdən sonra "OpenAI" və "Microsoft" şirkətlərini onun aktivlərindən qanunsuz şəkildə gəlir əldə etməkdə ittiham edib. Milyarder 150 milyard dollar məbləğində təzminat istəyib. ABŞ dairə məhkəməsi apreldə artıq İlon Maskın iddiasındakı bəzi tələbləri rədd edib. Daha sonra proses etimaddan sui-istifadə və əsassız zənginləşmə ilə bağlı iki maddə üzrə davam etdirilib.
Mənbə
oxu.az