Dünya
Tramp ABŞ-nin ümumi dəyərini qiymətləndirib
ABŞ Prezidenti Donald Tramp ölkənin ümumi dəyərinin nə qədər ola biləcəyi ilə bağlı fikirlərini bölüşüb. Oxu.Az xəbər verir ki, o, bu barədə "Fortune" jurnalına müsahibəsində danışıb. Onun sözlərinə görə, ABŞ-nin ümumi dəyəri yüzlərlə trilyon dollar təşkil edə bilər. Jurnalistlər Trampdan daşınmaz əmlak sahəsi üzrə mütəxəssis kimi ABŞ-ni qiymətləndirməyi və hesablamalara təbii sərvətlərlə yanaşı, Böyük Kanyon kimi məşhur abidələri də daxil etməyi xahiş ediblər. "Bütün bunları birlikdə hesablasaq, söhbət yüzlərlə trilyon dollardan gedə bilər", - deyə Tramp bildirib.
Mənbə
oxu.az