Dünya

KİV: Almaniya Türkiyədə "Patriot" kompleksləri və hərbçilər yerləşdirəcək

18 May 2026, 22:48 13 baxış
KİV: Almaniya Türkiyədə "Patriot" kompleksləri və hərbçilər yerləşdirəcək
Almaniya Türkiyənin cənub-şərqində "Patriot" zenit-raket kompleksləri yerləşdirəcək. Oxu.Az xəbər verir ki, bu barədə "Berliner Zeitung" Almaniya Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. Nazirlikdən bildirilib ki, "Patriot" zenit-raket kompleksləri və Almaniyanın təxminən 150 hərbçisi iyunun sonundan sentyabr ayınadək Türkiyədə yerləşdiriləcək. Qeyd olunub ki, bu addım İran ətrafındakı vəziyyətlə əlaqədardır. Bundan əvvəl Almaniya Kansleri Fridrix Merts ölkəsinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasında, o cümlədən hərbi vasitələrin cəlb olunması ilə iştirak etməyə hazır olduğunu bildirmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər