Dünya

Türkiyədə silahlı şəxs qarşısına çıxanları güllələdi: Dörd ölü, səkkiz yaralı

18 May 2026, 19:56 10 baxış
Türkiyədə silahlı şəxs qarşısına çıxanları güllələdi: Dörd ölü, səkkiz yaralı
Türkiyənin Mersin vilayətinin Tarsus rayonunda silahlı şəxs atəş açaraq dörd nəfəri qətlə yetirib, səkkiz nəfəri isə yaralayıb. Oxu.Az İHA agentliyinə istinadən xəbər verir ki, şübhəli M.Ö. Kadelli Dörtler məhəlləsində Sabri Pana məxsus restorana gələrək silaha əl atıb. Açılan atəş nəticəsində restoran sahibi Sabri Pan qaldırıldığı xəstəxanada, orada çalışan Ahmet Ercan Can isə hadisə yerindəcə həyatını itirib. Hadisə yerindən avtomobillə qaçan silahlı Kaburgediği məhəlləsi ərazisində heyvan otaran gənc Yusuf Oktayı güllələyərək öldürüb. O, daha sonra Yenimahalle ərazisinə keçərək evinin yaxınlığında olan yük maşını sürücüsü Abdullah Kocanı da qətlə yetirib. Şübhəli qaçdığı marşrut boyu qarşısına çıxan daha səkkiz nəfəri yaralayıb. Silahlı şəxsin tutulması üçün helikopterlərin də cəlb olunduğu genişmiqyaslı hava və quru əməliyyatı aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər