İdman

61 ildən sonra çempion oldular

18 May 2026, 10:15 8 baxış
61 ildən sonra çempion oldular

"LASK Linz" Avstriya Bundesliqasında tarixi çempionluğa imza atıb.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, səfərdə "Austria Vien" üzərində 3:0 hesablı inamlı qələbə qazanan Linz təmsilçisi mövsümü zirvədə başa vuraraq ölkə çempionu olub.


Qonaq komandanın qələbə qollarını 38-ci dəqiqədə Xavier Mbuyamba, 49-cu dəqiqədə penaltidən Samuel Adeniran və 76-cı dəqiqədə Melayro Bogarde vurub.


Bu nəticə ilə xal ehtiyatını 39-a yüksəldən "LASK Linz" ən yaxın izləyicisi "Şturm Qraz" üzərində üstünlüyünü qoruyaraq çempionluğu rəsmiləşdirib.


Beləliklə, Linz klubu 1965-ci ildən sonra ilk dəfə Avstriya çempionu adını qazanaraq 60 illik həsrətə son qoyub.

Mənbə axar.az

Oxşar Xəbərlər