İdman

İspaniyalı pilot Aleks Markes motosiklet yarışında ağır qəzaya düşdü - VİDEO

18 May 2026, 02:42 1 baxış
İspaniyalı pilot Aleks Markes motosiklet yarışında ağır qəzaya düşdü - VİDEO
İspaniyalı motosikletçi Aleks Markes Barselonada keçirilən "MotoGP" çempionatının Kataloniya Qran-prisi zamanı qəzaya uğrayaraq xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə "Gresini Racing" komandası "X" sosial şəbəkəsində məlumat yayıb. Qəza "MotoGP" çempionatının altıncı mərhələsinin gedişində baş verib. İspaniyalı pilot Pedro Akostanın motosikletinin mühərriki sürətlənmə zamanı dayanıb. Bundan sonra Aleks Markes toqquşmadan yayınmağa çalışsa da, rəqibinin arxa təkərinə toxunub.
Təmasdan sonra Markesin motosikleti bir neçə dəfə çevrilib, idmançının özü isə trasdan kənara atılıb. Yarış qırmızı bayraqlarla dayandırılıb. Pilotda boynun yeddinci fəqərəsinin kənar sınığı və sağ körpücük sümüyünün sınığı aşkarlanıb. Körpücük sümüyünün xüsusi lövhə ilə sabitləşdiriləcəyi bildirilib. Yaxın vaxtlarda motosikletçi əməliyyat olunacaq. 30 yaşlı Aleks Markes "MotoGP"də 18 dəfə podiuma qalxıb. Onun böyük qardaşı Mark Markes isə "MotoGP" üzrə yeddiqat dünya çempionudur.
Mənbə oxu.az

Oxşar Xəbərlər