İdman
İspaniya La Liqası: "Barselona" "Betis"i məğlub etdi - VİDEO
İspaniya La Liqasının 37-ci turunda "Barselona" doğma meydanda "Betis" üzərində qələbə qazanıb. Oxu.Az xəbər verir ki, "Spotify Kamp Nou" stadionunda keçirilən qarşılaşma katalonların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 28-ci dəqiqədə braziliyalı vinger Rafinya açıb. O, 62-ci dəqiqədə özünün ikinci qolunu vuraraq dubla imza atıb. "Betis"in yarımmüdafiəçisi İsko 69-cu dəqiqədə penaltidən fərqlənərək hesab arasındakı fərqi azaldıb. 74-cü dəqiqədə isə müdafiəçi Joau Kanselu "Barselona"nın üçüncü qolunu vurub. "Barselona" İspaniya çempionatında vaxtından əvvəl çempionluğunu təmin edib. Komanda 37 oyundan sonra 94 xala malikdir. "Betis" isə 57 xalla beşinci pillədə qərarlaşıb və UEFA Çempionlar Liqasına vəsiqə zonasında yer alır.

Mənbə
oxu.az