Digər

Mayın 19-da İranın taleyi həll edilir

18 May 2026, 00:41 2 baxış
Mayın 19-da İranın taleyi həll edilir

ABŞ Prezidenti Donald Tramp mayın 19-da Yaxın Şərqlə bağlı mümkün hərbi addımları müzakirə etmək üçün milli təhlükəsizlik komandası ilə görüş keçirəcək.


Axar.az xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid amerikalı rəsmilərə istinadən məlumat yayıb.


“Tramp çərşənbə axşamı Ağ Evin Situasiya otağında milli təhlükəsizlik üzrə yüksək səviyyəli komandası ilə İran əleyhinə hərbi fəaliyyət variantlarını müzakirə etməyi planlaşdırır”, - deyə Ravid X sosial şəbəkəsində yazıb.


Xatırladaq ki, daha əvvəl “Fars” agentliyi ABŞ-ın sülh nizamlanmasının davam etdirilməsi üçün İrana beş şərt irəli sürdüyünü bildirmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər