İdman
Türkiyə Superliqası: Son turda həm "Qalatasaray", həm də "Fənərbağça" xal itirdilər - VİDEO
Mayın 17-də Türkiyə Superliqasında mövsüm başa çatıb. Oxu.Az xəbər verir ki, çempionatın son turunda "Fənərbağça" doğma meydanda "Eyüpspor"la 3:3 hesablı heç-heçə edib.
"Fənərbağça"nın qollarını Fred və Kerem Aktürkoğlu (2) vurublar. "Eyüpspor"un heyətində isə Mateuş Leqovski, Metehan Altunbaş və Talha Ülvan fərqləniblər. Bu nəticədən sonra "Eyüpspor" Superliqadakı yerini qoruya bilib. Çempion "Qalatasaray" isə səfərdə "Kasımpaşa"ya 1:0 hesabı ilə məğlub olub. Qarşılaşmada yeganə qolu "Kasımpaşa"nın futbolçusu Aytaç Kara vurub.
Qeyd edək ki, "Qalatasaray" dördüncü mövsüm ard-arda Türkiyə çempionu olur.

Mənbə
oxu.az