İdman

Azərbaycanlı gənc güləşçi Avropa çempionu oldu

18 May 2026, 00:00 1 baxış
Azərbaycanlı gənc güləşçi Avropa çempionu oldu
Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U17 Avropa çempionatı sona çatıb. Oxu.Az xəbər verir ki, yarışın sonuncu - yeddinci günündə sərbəst güləş üzrə millimiz iki medal qazanıb. Tunar Həsənov (45 kq) bürünc medal qarşılaşmasında türkiyəli Buğra Eldemirə 5:2 hesabıyla qalib gələrək qitə birinciliyini üçüncü pillədə başa vurub. İbrahim Həsənov (51 kq) finalda türkiyəli Məhəmməd Qolha üzərində inamlı qələbə (11:3) qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elgün Kərimli (92 kq) təsəlliverici görüşdə belaruslu Timur Mirzəyevə tam üstünlüklə (11:1) qalib gəlsə də, üçüncü yer uğrunda mübarizədə gürcüstanlı Nurəddin Mustafayevə məğlub olub - 0:8. Beləliklə, millimiz Avropa çempionatını 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.
Mənbə oxu.az

Oxşar Xəbərlər