Digər

Avropa Rusiya-Ukrayna danışıqlarında olmalıdır - Zelenski

17 May 2026, 23:22 1 baxış
Avropa Rusiya-Ukrayna danışıqlarında olmalıdır - Zelenski

Avropa Ukrayna ilə Rusiya arasında sülh danışıqlarında iştirak etməli və güclü səslə təmsil olunmalıdır.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.


"Antonio Koşta ilə danışdım. Dövlətimizi və xalqımızı dəstəklədiyiniz üçün təşəkkür edirik. Biz Ukraynada və bütün Avropada sülh üçün danışıqlar prosesinin perspektivlərini ətraflı müzakirə etdik. Avropa danışıqlarda olmalıdır. Onun bu prosesdə güclü səsinin və iştirakının olması vacibdir və Avropanı kimin təmsil edəcəyini müəyyənləşdirməyə dəyər", - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər