Digər

ABŞ ilə danışıqlar Xameneinin nəzarətindədir! - İran

17 May 2026, 23:33 1 baxış
ABŞ ilə danışıqlar Xameneinin nəzarətindədir! - İran

İran rəsmiləri ABŞ ilə aparılan danışıqların ölkənin ali rəhbərliyi tərəfindən tam nəzarətdə saxlanıldığını açıqlayıblar.


Axar.az xəbər verir ki, bu barədə İranın ali dini lideri Müctəba Xameneinin İnqilab Keşikçiləri Korpusundakı nümayəndəsi Abdullah Hacı Sadiqi danışıb.


Onun sözlərinə görə, Vaşinqtonla danışıqlarda iştirak edən İran nümayəndə heyəti ali rəhbərliyin tam nəzarəti altında fəaliyyət göstərir və proses Xameneinin dəstəyi ilə həyata keçirilir.


O əlavə edib ki, Tehran heç bir təhdid və təzyiq qarşısında geri çəkilməyəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər