Digər

Ermənistan Ukraynadakı savaşa 300 min əsgər göndərəcək?

17 May 2026, 22:05 2 baxış
Ermənistan Ukraynadakı savaşa 300 min əsgər göndərəcək?

Samvel Karapetyanın rəhbəri olduğu Güclü Ermənistan Partiyası seçkilərdə qalib gələrsə, Ermənistan Ukraynadakı “xüsusi hərbi əməliyyat” zonasında döyüşmək üçün 300.000 əsgər göndərəcək.


Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.


Samvel Karapetyan isə bu iddiaları təkzib edib.


“Əmin olun: heç bir Ermənistan vətəndaşı müharibədə döyüşmək üçün heç bir ölkəyə göndərilməyəcək. Əsgərlərimiz güclü, yaxşı təchiz olunmuş orduda xidmət edəcəklər”, - deyə o bildirib.


Qeyd edək ki, Ermənistanın real əhalisi 2 milyon civarındadır və bu ölkə total səfərbərlik etsə belə, 300 min əsgər toplaması müşkül məsələdir.


Buna baxmayaraq, rusiyalı oliqarx Samvel Karapetyanın seçkidə qalib gələcəyi təqdirdə Ermənistanın KTMT-yə qayıdacağı və Ukrayna savaşında bu və ya digər formada Rusiyanın yanında yer alacağı şübhəsizdir.

Mənbə axar.az

Oxşar Xəbərlər