Digər
Moskvaya bugünkü hücum müharibə təsəvvürünü dəyişdi
Bu gün Moskva bölgəsində genişmiqyaslı əməliyyat keçirdik. Bu dəfə hədəflərə olan məsafə 500 kilometrdən çoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski videomüraciətində bildirib.
O vurğulayıb ki, Moskva bölgəsi Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən çox ciddi qorunur və ona görə də bu hücum xüsusi əhəmiyyət daşıyır:
“Bu əməliyyat məsafəsi vəziyyəti və Rusiya müharibəsi ilə bağlı ümumi qlobal qavrayışı əhəmiyyətli dərəcədə dəyişdirir”.
Qeyd edək ki, bu gün Ukrayna ordusu Moskvaya total hücuma keçib.
Mənbə
axar.az