Digər
Pezeşkian pakistanlı nazirlə 90 dəqiqə müzakirə apardı
İran Prezidenti Məsud Pezeşkian bu gün Tehranda Pakistanın daxili işlər naziri Möhsün Nəqvi ilə görüşüb.
Axar.az xəbər verir ki, danışıqlar təxminən 90 dəqiqə davam edib.
Pakistan səfirliyinin məlumatına görə, görüşdə İranın daxili işlər naziri İsgəndər Mömüni və xarici işlər naziri Abbas Arakçı da iştirak edib.
Müzakirələrin təfərrüatı açıqlanmayıb.
Qeyd edək ki, Pakistanın daxili işlər naziri Möhsün Nəqvinin ABŞ və İran arasında danışıqlar sənədinin tamamlanması üçün Tehrana ötən gün səfər etdiyi barədə məlumat yayılmışdı.
Mənbə
axar.az