İdman
Yuri Vernidub: "Avrokuboklara vəsiqə qazanmağın çətin olduğunu bilirdik"
"Neftçi" üçün avrokuboklara düşmək asan olmayıb". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 33-cü turunda "Sabah" üzərində 2:1 hesablı qələbədən sonra mətbuat konfransında deyib. Mütəxəssis UEFA Konfrans Liqasına vəsiqə qazanmaları barədə danışıb: "Buraya gələndə qarşıma "Neftçi"nin avrokuboklara vəsiqə qazanması vəzifəsi qoyulmuşdu. Bilirdim ki, dördüncü pillədən çox uzaqdayıq. Gəldiyim ərəfədə Premyer Liqada qış fasiləsi yarandı. Elə oldu ki, toplanışa yollandıq və komandanın hər bir üzvü ilə fərdi tanış olmaq imkanı əldə etdim. Onlarla söhbət apardım. Lakin çətin olacağını bilirdim. Biz çox çalışmalı idik. Çox çalışdıqda Tanrı səni əziyyətinə görə mükafatlandırır. Bu gün çoz xoşbəxtəm. Biz "Neftçi"yik, bizə qələbə yaraşır".
Mənbə
oxu.az