İdman
Ronaldo gümüş almaqdan imtina etdi
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo AFC-2 Çempionlar Liqasının gümüş medalını almaq üçün mükafatlandırma mərasiminə qatılmaqdan imtina edib.
Axar.az xəbər verir ki, Səudiyyə klubu finalda Yaponiyanın "Qamba Osakası" komandasına məğlub olub.
Ər-Riyaddakı "Kingdom Arena"da keçirilən matç 0-1 hesabı ilə başa çatıb. Oyunun yeganə qolunu 30-cu dəqiqədə Denis Hümmet vurub. Ronaldo matça start heyətində başlasa da, qol vura bilməyib.
Baş məşqçi Xorxe Jesus komandanı mükafatlandırma mərasiminə aparıb. Komandanın kapitanı Ronaldo mərasimdə iştirak etməyib.
Mənbə
axar.az