İdman

Adil Adilzadə yenə finalda uduzdu: bu dəfə erməniyə...

17 May 2026, 21:08 1 baxış
Adil Adilzadə yenə finalda uduzdu: bu dəfə erməniyə...

Azərbaycan təmsilçisi Adil Adilzadə Tiflisdə keçirilən Avropa Sambo Çempionatında finalda Qor Arutyunyana məğlub olub.


Axar.az xəbər verir ki, 88 kq çəki dərəcəsində mübarizə aparan Adil Adilzadə gümüş medalla kifayətlənməli olub.


Avropa Sambo Çempionatı 16-17 may tarixlərində Gürcüstanın Tiflis şəhərində keçirilir.


Qeyd edək ki, ötən il 25 apreldə Kiprin Limassol şəhərində sambo üzrə Avropa çempionatında Adil Adilzadə finalda Sergey Ryabova (FIAS) məğlub olmuşdu.

Mənbə axar.az

Oxşar Xəbərlər