Digər
Müğənnini şantaj etdilər: Oteldəki videoların əlimizdədir!
Məşhur müğənni Kənan Doğulu telefonuna gələn şantaj mesajı ilə şok yaşayıb.
Axar.az olay.az-a istinadən xəbər verir ki, Kənan Doğulunun telefonuna naməlum nömrədən "Oteldəki videon və avtomobildə dediklərinlə bağlı sübutlarımız var. 300 min dolları dediyimiz hesaba köçür. Əks halda mübarizə aparmalı olacağıq. Otel videolarını düşmən olduğumuz bir şəxsdən əldə etdik" mesajı göndərilib.
Bundan sonra Doğulu həyatının risk altında olduğunu bildirərək məhkəməyə müraciət edib və şikayətçi olub.
İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq zamanı istifadə olunan xəttin xarici mənşəli olduğu və şübhəlinin kimliyinin müəyyən edilə bilmədiyi məlum olub.
Mənbə
axar.az