Starmer yaxın zamanda postunu tərk edə bilər
Böyük Britaniyanın Baş naziri Keyr Starmer yaxın ətrafına istefa vermək niyyəti barədə məlumat verib.
Axar.az xəbər verir ki, bu barədə "Deyli Meyl" mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, o, vəzifədən getmə vaxtını müstəqil şəkildə müəyyən etmək niyyətində olduğunu bildirib:
"Keyr siyasi reallığı dərk edir. O, başa düşür ki, mövcud vəziyyət uzun müddət davam edə bilməz. O, ləyaqətlə və öz şərtləri əsasında getmək istəyir. Bununla belə, mümkün istefa elanının dəqiq vaxtı hələlik məlum deyil. Bəzi məmurlar Starmeri Meykerfilddə aralıq seçkilərinin ilk nəticələri və səslərin hesablanması başa çatana qədər ictimai addım atmaqdan çəkinməyə çağırır. Morqan Maksuini daim onu tələsməməyə çağırır".
Nəşr bildirib ki, baş nazirin tərəfdarları Starmerin təkrar seçkilərin nəticələrini gözləmək niyyətində olmadığını və qərarı gecikdirmək istəmədiyini vurğulayıblar.
Qeyd edək ki, Starmer ABŞ-a səfir kimi namizəd gördüyü Mendelsonun Epşteynlə münasibətlərinə görə siyasi təzyiqlə üzləşib. Onun bu qalmaqal səbəbindən postunu tərk etməsinə çağırış edilir.