İdman

Oyunların və püşkatmanın tarixləri...

17 May 2026, 21:49 1 baxış
Oyunların və püşkatmanın tarixləri...

2026/27 mövsümü Azərbaycanı UEFA-nın Avropa kuboklarında təmsil edəcək sonuncu iştirakçı da müəyyənləşib.


Axar.az xəbər verir ki, bu, “Neftçi”nin 32-ci turda “Sabah” üzərindəki səfər qələbəsi (2:1) sayəsində mümkün olub. Son turun nəticəsindən asılı olmayaraq, “ağ-qaralar” mövsümü 4-cü yerdə başa vuracaq.


Beləliklə, “Neftçi” Azərbaycanı UEFA-nın Konfrans Liqasında təmsil etmək hüququ əldə edib. Bundan əvvəl “Sabah” Çempionlar Liqasına, “Qarabağ” Avropa Liqasına, “Turan Tovuz” isə Konfrans Liqasına vəsiqə qazanmışdı.


Bəs, klublarımız yeni mövsüm mübarizəyə hansı mərhələdən və hansı tarixdə başlayırlar? Püşkatmalar nə vaxtdır?


“Sabah”


Çempionlar Liqasına 1-ci mərhələdən başlayır.


Püşkatma tarixi: 16 iyun


Mərhələnin ilk oyunları: 7/8 iyul


Cavab oyunları: 14/15 iyul


“Qarabağ”


Avropa Liqasına 1-ci mərhələdən başlayır.


Püşkatma tarixi: 16 iyun


Mərhələnin ilk oyunları: 9 iyul


Cavab oyunları: 16 iyul


“Turan Tovuz”


Konfrans Liqasına 2-ci mərhələdən başlayır.


Püşkatma tarixi: 17 iyun


2-ci mərhələnin ilk oyunları: 23 iyul


Cavab oyunları: 30 iyul


“Neftçi”


Konfrans Liqasına 1-ci mərhələdən başlayır.


Püşkatma tarixi: 16 iyun


1-ci mərhələnin ilk oyunları: 9 iyul


Cavab oyunları: 16 iyul

Mənbə axar.az

Oxşar Xəbərlər