Cəmiyyət

Elnura Duyshekeeva: "İnsanların problemlərini ən yaxşı şəhərlər bilir"

17 May 2026, 15:54 1 baxış
Elnura Duyshekeeva: "İnsanların problemlərini ən yaxşı şəhərlər bilir"
"İqlim dəyişiklikləri və vətəndaşların hakimiyyətə olan etimadının azalması kimi çağırışlarla qarşı-qarşıyayıq". Oxu.Az xəbər verir ki, bu fikirləri Qırğıstanın Bişkek şəhərin deputatı Elnura Duyshekeeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Yerli və Regional Hökumətlərin Ümumdünya Assambleyasında deyib. O bildirib ki, bu problemlərin həllində əsas məsuliyyəti məhz yerli və regional idarəetmə orqanları öz üzərinə götürür: "Çünki insanların gündəlik tələblərini ən yaxından eşidən və qəbul olunan qərarların keyfiyyətinə cavabdeh olan məhz şəhərlərdir. Bu gün bələdiyyələr artıq yalnız qərarların icraçısı ola bilməz. Onlar qlobal dialoqun tamhüquqlu iştirakçılarına, davamlı gələcəyin və çoxsəviyyəli idarəetmənin yeni modelinin formalaşdırılmasında tərəfdaşlara çevrilməlidirlər".
Mənbə oxu.az

Oxşar Xəbərlər