Digər

Ukrayna Moskvada vurduğu obyektlərin siyahısını açıqladı

17 May 2026, 15:51 1 baxış
Ukrayna Moskvada vurduğu obyektlərin siyahısını açıqladı

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Silahlı Qüvvələrlə birlikdə Moskva bölgəsindəki hərbi-sənaye kompleksinə və bir neçə neft obyektinə, eləcə də Krımdakı Belbek hərbi aerodromuna zərbələr endirib.


Axar.az xəbər verir ki, bu barədə UTX-dən məlumat verilib.


Məlumata görə, Moskva vilayətində Rusiya hərbi-sənaye kompleksi üçün yarımkeçiricilər təchizatçısı “Anqstrem” zavodu, Moskva neft emalı zavodu, “Solneçnoqorskaya” və “Volodarskaya” neft nasos stansiyaları vurulub.


Bundan başqa, Krımdakı Belbek hərbi aerodromuna zərbələr zamanı “Pantsir-S-2” zenit-raket kompleksi, S-400 kompleksinin radarının da olduğu anqar, “Orion” PUA-sının idarəetmə sistemi və “Forpost” PUA-sının yerüstü idarəetmə stansiyası, “yer-hava” məlumat ötürmə məntəqəsi, dispetçer qülləsi və aerodromun anqarı məhv edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər