Cəmiyyət

Baş direktor: "Təhlükəsiz su olmadan keyfiyyətli yaşayış mümkün deyil"

17 May 2026, 14:36 1 baxış
Baş direktor: "Təhlükəsiz su olmadan keyfiyyətli yaşayış mümkün deyil"
"Su təchizatı və kanalizasiya xidmətləri mənzil məsələsinin ayrılmaz hissəsidir. Təhlükəsiz su təminatı olmadan keyfiyyətli yaşayışdan danışmaq mümkün deyil". Bu fikirləri Oxu.Az-a açıqlamasında Fələstinin Su Təchizatı və Kanalizasiya İdarəsinin baş direktoru Akram Nassar deyib. O bildirib ki, mənzil fondunun inkişafı ilə paralel olaraq su və kanalizasiya infrastrukturunun da müasir tələblərə uyğun qurulması vacibdir. "Yeni yaşayış sahələri salınarkən su təchizatı və tullantı sularının toplanması, təmizlənməsi və idarə olunması sistemləri düzgün planlaşdırılmalı və səmərəli şəkildə idarə edilməlidir. Yalnız bu halda insanların təhlükəsiz və sağlam yaşayış şəraiti təmin oluna bilər", - deyə A.Nassar vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər