Cəmiyyət

Uğur İbrahim Altay: "Şəhərlərimiz və bölgələrimiz kritik dövrdən keçir"

17 May 2026, 15:00 1 baxış
Uğur İbrahim Altay: "Şəhərlərimiz və bölgələrimiz kritik dövrdən keçir"
"Şəhərlərimiz və bölgələrimiz kritik dövrdən keçir". Oxu.Az xəbər verir ki, bu fikirləri Uğur İbrahim Altay Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Yerli və Regional Hökumətlərin Ümumdünya Assambleyasında deyib. O bildirib ki, noyabrda Antalyada keçiriləcək COP31-ə hazırlaşarkən iqlim öhdəliklərinin konkret məkan əsaslı tətbiqlərə çevrilməsini də təmin etmək lazımdır: "Yerli və regional idarəçilər artıq uyğunlaşma, dayanıqlılıq, davamlı mobillik və inklüziv şəhər cəmiyyətləri sahəsində aparıcı rol oynayırlar. Lakin birbaşa maliyyə resurslarına çıxış, daha güclü çoxtərəfli idarəetmə mexanizmləri və beynəlxalq qərarvermə proseslərində rəsmi tanınma təmin edilmədiyi müddətdə tətbiq boşluğu mövcudluğunu davam etdirəcək. Azərbaycanın COP29-dakı mesajlarını və təcrübəsini Antalyada da tətbiq edəcəyik".
Mənbə oxu.az

Oxşar Xəbərlər